dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 73% artıb

Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 73% artıb

Bu ilin ikinci rübündə Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 73%-ə yaxın artıb.

APA Gürcüstan Milli Turizm Agentliyinə istinadən verdiyi məlumata görə, cari ilin ikinci rübündə Azərbaycandan Gürcüstana 436 347 səyahətçi daxil olub ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 72,8% çoxdur. Gürcüstana gələn ümumi turistlərin sayında Azərbaycan turistləri 19% təşkil edib.

Hesabat dövründə Gürcüstana gələn turistlərin sayına görə Azərbaycan yalnız Rusiyadan geridə qalıb.

Qeyd edək ki, cari ilin aprel-iyun ayları ərzində Gürcüstana gələn xarici ziyarətçilərin sayı 88,7% faiz artaraq 2 245 152 nəfər təşkil edib.

Oxunub: 510
Oxşar xəbərlər
SON XƏBƏRLƏR