dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda 9-cu Beynəlxalq Sığorta Forumu keçiriləcək

Bakıda 9-cu Beynəlxalq Sığorta Forumu keçiriləcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Azərbaycanda təşkil olunan “Sığorta həftəsi” çərçivəsində iyunun 28-də Bakıda “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı 9-cu Beynəlxalq Sığorta Forumu keçiriləcək.

“APA-Economics”in MBNP-yə istinadən verdiyi məlumata görə, 15-ə yaxın yerli və xarici nümayəndənin çıxış edəcəyi forumda yerli sığorta bazarının imkanları və perspektivləri, qlobal aləmdə baş verən yeniliklər və trendlər haqqında müzakirələrin aparılması nəzərdə tutulub.

Forum çərçivəsində MBNP, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığa dair birgə memorandumun imzalanması planlaşdırılıb. İmzalanması nəzərdə tutulan memorandum “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nda qeyd olunan tədbirlərin koordinasiya olunmuş şəkildə və daha effektiv icra edilməsinə xidmət edəcək.

Oxunub: 647
Oxşar xəbərlər
SON XƏBƏRLƏR