» » 500 hektara yaxın badam bağı salınıb - Bu il 43 min ton ləpə əldə ediləcək

500 hektara yaxın badam bağı salınıb - Bu il 43 min ton ləpə əldə ediləcək

500 hektara yaxın badam bağı salınıb - Bu il 43 min ton ləpə əldə ediləcək
Abşeron yarımadasında, Bakıətrafı qəsəbələrində genişləndirilən badam təsərüfatlarında məhsul yığımına hazırlıq başlayır.

Djb.az Atv.az-a istinadən bildirir ki, düzgün aqro texniki qulluq nəticəsində ilk məhsulunu bu ilin sentyabr ayında yığılması planlaşdırılıb. İlkin olaraq əkilən ərazilərdən bu il ümumilikdə 43 min ton təmizlənmiş badam ləpəsi əldə ediləcək. Hazırda Qala və Bilgəh qəsəbələrində ümumilikdə 500 hektara yaxın ərazidə badam bağları salınıb. İstifadəsiz, baxımsız qalmış torpaq zibilliklərdən təmizlənərək ümumi tutumu 160 min m3 olan süni suvarma gölləri yaradılıb. İspaniyadan gətirilən və məhsuldarlığı yüksək olan Quarra, Belona, Soleta və Avijor kimi badam sortları intensiv bağçılıq prinsipi əsasında əkilib. Layihə iqtisadi səmərəlikdən əlavə, özünün ekoloji və sosial töhfələrinə görə də çox böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, badam istehsalında məhsuldarlıq və yüksək keyfiyyətə yönəlik fəaliyyət prinsipi ilə “Azbadam MMC” 2017-ci ilin fevral ayından fəaliyyətə başlayıb. Məqsəd badam bağlarının salınması, bu məhsula olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsi və məhsul üzrə ixrac potensialının artırılmasıdır.
Oxşar xəbərlər
«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031