dini radikalizm və ekstremizmlə mübarizə

Yüksək Texnologiyalar Parkının məhsullarına dövlət sifarişlərinin verilməsi qaydası təsdiqlənib

Yüksək Texnologiyalar Parkının məhsullarına dövlət sifarişlərinin verilməsi qaydası təsdiqlənib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi qaydası təsdiqlənib.

Yüksək Texnologiyalar Parkından ONA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin 2019-cu il 10 may tarixli, 214 nömrəli qərarına əsasən “AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamının 8.8-ci bəndinin icrasını təmin etmək məqsədilə YTP-də istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası təsdiqlənib. Bu Qayda dövlət qurumları tərəfindən Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi ilə bağlı məsələləri tənzimləyir.

Oxunub: 556
Oxşar xəbərlər
SON XƏBƏRLƏR