» » Nağdsız ödəniş qaydalarını pozanlar cərimələnəcək

Nağdsız ödəniş qaydalarını pozanlar cərimələnəcək

Nağdsız ödəniş qaydalarını pozanlar cərimələnəcək
Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10%-i, ikinci dəfə yol verdikdə 20%-i, üç dəfə və daha çox yol verdikdə 40%-i miqdarında maliyyə sansiyası tətbiq ediləcək.
"Report" bu barədə Vergilər Məcəlləsinə dəyişiklik layihəsinə istinadən xəbər verir.
Layihəyədə qeyd olunur ki, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məblığinin 40%-i miqdarında, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100%-i miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031