dini radikalizm və ekstremizmlə mübarizə

Gəlirlər 12 milyard manatı ötdü - son 3 ayda...

Gəlirlər 12 milyard manatı ötdü - son 3 ayda...
2019-cu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 12 milyard 590,6 milyon manat təşkil edib.

Djb.az Unikal.org-a istinadən məlumatına gorə, əhalinin hər nəfərinə düşən gəlirlər 1275,7 manat olub. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11 milyard 567,3 milyon manatlıq vəsait qalıb.


2019-cu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 554,9 manat təşkil edib. Əməkhaqqı neft sektorunda 2824,9 manat, qeyri-neft sektorunda 501,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 446,5 manat, özəl müəssisələrdə isə 696,7 manat olub

Oxunub: 637
Oxşar xəbərlər
SON XƏBƏRLƏR