dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan soyuducu və paltaryuyan maşınların idxalını azaldıb

Azərbaycan soyuducu və paltaryuyan maşınların idxalını azaldıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana 10 955 ədəd məişət kondisioneri, 2 387 ədəd məişət soyuducusu və 23 242 ədəd paltaryuyan maşın idxal olunub.

Djb.az-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkəyə idxal olunmuş kondisionerin dəyəri 3 165,9 min ABŞ dolları, soyuducuların dəyəri 780 in dollar, paltaryuyan maşınların dəyəri isə 5 038,6 min dollar təşkil edib.


Ötən ilin yanvar-mart ayları ilə müqayisədə Azərbaycana idxal olunmuş kondisionerlərin miqdarı 2 dəfə, dəyəri isə 45,8% artıb. İdxal olunan soyuducuların miqdarı 26,4%, dəyəri isə 25,3% azalıb, paltaryuyan maşınların miqdarı 21,7% azalıb, dəyəri isə 15,6% artıb.

Oxunub: 608
Oxşar xəbərlər
SON XƏBƏRLƏR