» » Rusiya vətəndaşlarının real gəlirləri azalıb

Rusiya vətəndaşlarının real gəlirləri azalıb

Rusiya vətəndaşlarının real gəlirləri azalıb
Bu ilin I rübündə Rusiya vətəndaşlarının real pul gəlirləri ötən ilin eyni dövrünə nisbətən 2,3% az, real əmək haqları isə illik müqayisədə 0,4% çox olub.

Djb.az-in Report.az-a istinadən məlumatına gorə, bu barədə qonşu ölkənin Federal Dövlət Statistikası Xidməti (“Rosstat”) məlumat yayıb.
Bundan başqa, qurumun məlumatına görə, son 1 ildə rusiyalıların nominal pul gəlirləri 3,2% artaraq 29 920 rubla (təxminən 470 ABŞ dolları), orta aylıq əmək haqqı isə 5,2% artaraq 45 000 rubla (təxminən 700 dollar) çatıb.
Bir qədər əvvəl Rusiyanın baş naziri Dmitriq Medvedyev Dövlət Dumasında hesabat verərkən bəyan edib ki, ölkədə 19 milyon yoxsul var.
Oxşar xəbərlər
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031