» » “Toshiba”maye qaz istehsalı müəssisəsini sata bilməyib

“Toshiba”maye qaz istehsalı müəssisəsini sata bilməyib

“Toshiba”maye qaz istehsalı müəssisəsini sata bilməyib
"Toshiba Corporation"un ABŞ-dakı maye qaz istehsalı müəssisəsini satın almaq niyyətində olan Çinin "ENN Ecological Holdings" şirkəti bu sövdələşmədən vaz keçib.

Djb.az bizplus.az-a istinadən bildirir ki, bu barədə "Toshiba"nın mətbuata açıqlamasında bildirilir.
Açıqlamada deyilir ki, "ENN Ecological"ın Direktorlar Şurası "Toshiba" şirkətinin ABŞ-da maye qaz biznesinə istiqamətlənən "Toshiba America LNG Corporatin" bölməsinin bütün səhmlərini şirkətə keçirməklə bağlı sazişi dayandırmaq qərarına gəlib. Bu addım sövdələşmənin əvvəllər nəzərdə tutulduğu kimi, mart ayının sonunadək yerinə tam yetirilməməsi, üstəlik onun qısa müddətdə tamamlanmasının qeyri-mümkünlüyü ilə izah olunur.

Qeyd edək ki, bu xəbər yayıldıqdan sonra "Toshiba"nın Tokio birjasındakı səhmləri 3,26 faiz ucuzlaşıb.
Oxşar xəbərlər
«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930