» » "Atəşgah Sığorta”nın zərəri azalıb

"Atəşgah Sığorta”nın zərəri azalıb

"Atəşgah Sığorta”nın zərəri azalıb
“Atəşgah Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 42,117 mln. manat təşkil edib.
Djb.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2% azdır.
2018-ci ildə “Atəşgah Sığorta”nın cəmi öhdəlikləri 0,5% artaraq 30,166 mln. manata çatıb, cəmi kapitalı isə 7,9% azalaraq 11,951 mln. manata düşüb.
Ötən il “Atəşgah Sığorta”nın gəlirləri 40,964 mln. manat (əvvəlki ilə nisbətən 3,5% çox), xərcləri isə 41,734 mln. manat (2,8% çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 770 min manat zərərlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 25% azdır.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i "ISR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
Oxşar xəbərlər
«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829