dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan elektrik enerjisinin istehsalını artırmaq niyyətindədir

Azərbaycan elektrik enerjisinin istehsalını artırmaq niyyətindədir
Proqnozlara əsasən, 2019-cu ildə Azərbaycanda ümumi 26 528,8 mln. kVt-saat elektrik enerjisi istehsal ediləcək. Bu da 2018-ci illə müqayisədə 14,1% çoxdur.

Bu barədə ONA-nın sorğusuna cavab olaraq Azərbaycan Energetika Nazirliyindən bildirilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, 2018-ci ildə Azərbaycanda 23 243,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin göstəricisinə nisbətdə 2,6% çoxdur.

“Respublika üzrə 2019-cu ildə elektrik enerjisinin ümumi istehsalı 26 528,8 mln. kVt-saat proqnozlaşdırılır”, - deyə nazirlikdən bildirilib.

Verilən xəbərə görə, 2019-cu ildə ölkədə istilik elektrik stansiyaları üzrə 24 357,4 mln. kVt-saat, su elektrik stansiyaları üzrə 1 854,3 mln. kVt-saat, alternativ və bərpa olunan enerji mənbələrin üzrə isə 317,1 mln. kVt-saat elektrik enerjisinin istehsalı gözlənilir.

Oxunub: 572
Oxşar xəbərlər
SON XƏBƏRLƏR