dini radikalizm və ekstremizmlə mübarizə

MBNP: "Azərbaycanda problemli kreditlərlə bağlı banklara borcu olan müştərilərə gələn ayın sonunadək bildiriş göndəriləcək"

MBNP: "Azərbaycanda problemli kreditlərlə bağlı banklara borcu olan müştərilərə gələn ayın sonunadək bildiriş göndəriləcək"
Problemli kreditlər üzrə kompensasiya ödənişi və restruktrurizasiyası çərçivəsində vətəndaşlar birbaşa müştəriləri olduğu banklara müraciət edəcəklər. ONA-nın məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev bildirib.

Onun sözlərinə görə, bəzi vətəndaşlara onların məlumatlarının dəqiqləşdirilməsinə ehtiyac olduğu halda identifikasiyanın olunması barədə həmin şəxsə mesaj göndəriləcək. Bundan başqa, aprelin sonuna kimi problemli kreditlərlə bağlı kredit borcu olan şəxslərə SMS göndəriləcək və daha sonra növbəli şəkildə banklara çağırılacaqlar.

Bağlanan bankların kredit götürən müştərilərinə gəlincə "Azərpoçt" tərəfindən SMS məlumat göndəriləcəyi bildirilib.

Ümumilikdə, müvafiq Fərmandan bir milyona yaxın vətəndaşın yararlanması nəzərdə tutulub.

Oxunub: 561
Oxşar xəbərlər
SON XƏBƏRLƏR