dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb

Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb
Bu ilin fevral ayında Azərbaycandan Gürcüstana 1,42 mln. ABŞ dolları məbləğində pul köçürülüb.

Djb.az “Report”a istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Bankının aylıq hesabatında bildirilir. Məlumata görə, bu, yanvar ayı ilə müqayisədə 11% azdır.
Ötən ay Gürcüstandan Azərbaycana isə 842,2 min dollar pul köçürülüb. Bu isə aylıq müqayisədə 2,1% çoxdur.

Ümumilikdə isə fevralda Gürcüstana müxtəlif ölkələrdən, ümumilikdə, 125,5 mln. dollar köçürülüb ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 10,2% və yaxud 11,6 mln. dollar çoxdur.
Hesabat ayında qonşu ölkəyə ən çox pul köçürmələri Rusiyadan (31,62 mln. dollar) həyata keçirilib.

Oxunub: 602
Oxşar xəbərlər
SON XƏBƏRLƏR