» » Xarici yumurtalar “yerli” adı ilə əhaliyə satılır

Xarici yumurtalar “yerli” adı ilə əhaliyə satılır

Xarici yumurtalar “yerli” adı ilə əhaliyə satılır

AQTA yumurta istehsalçıları və idxalçılarına xəbərdarlıq edib.

Bu barədə agentlikdən məlumat verilib.

Bildirilib ki, AQTA tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi monitorinqlər aparılır.

Aparılan monitorinqlər zamanı bəzi sahibkarların idxal olunan və ölkədə istehsal olunan yumurtaların qutuları üzərindəki istehsal tarixlərini dəyişdirməsi halları aşkar olunub.

Eyni zamanda, məlum olub ki, bəzi sahibkarlar xaricdən idxal olunan yumurtaları yerli müəssisələrin qutularına yerləşdirərək “yerli yumurta” adı altında satışa çıxarır. Aşkar olunan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031