dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın Gürcüstana yatırdığı investisiya iki dəfə azalıb

Azərbaycanın Gürcüstana yatırdığı investisiya iki dəfə azalıb

Azərbaycan və Böyük Britaniya 2018-ci ildə Gürcüstana ən çox investisiya yatıran ölkələrdir.

“Sputnik Gürcüstan” xəbər verir ki, bununla bağlı Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Buna baxmayaraq, magistral qaz kəməri lahiyəsinin yekunlaşması ilə əlaqədar Azərbaycandan Gürcüstana yatırılan investisiyalar iki dəfə azalıb.

Məlumata görə, ötən il Azərbaycan Gürcüstana 240 mln., Böyük Britaniya 203 mln., Hollandiya 167,9 mln., ABŞ 103 mln., Panama 74,7 mln., Çexiya 65,4 mln., Cənubi Koreya 63,2 mln., Rusiya 60,1 mln., digər ölkələr isə 181 mln. dollar investisiya yatırıb.

Gürcüstan İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilib ki, ən çox investisiya yatırılan sahələr maliyyə (277,9 mln. dollar), nəqliyyat (209,9 mln. dollar) və energetika (157,2 mln. dollar) sahələridir.

2017-ci illə müqayisədə, Gürcüstana ötən il yatırılan investisiya 35% azalıb.

Oxunub: 560
Oxşar xəbərlər
SON XƏBƏRLƏR