dini radikalizm və ekstremizmlə mübarizə

Uşaq pullarının bərpası ilə bağlı hökumətə təklif edildi

Uşaq pullarının bərpası ilə bağlı hökumətə təklif edildi

"İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) olaraq uşaq pulunun bərpa edilməsi ilə bağlı təklifləri hökumətə təqdim edilib.

Open.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib.

O, təkliflərin nədən ibarət olduğunu və mexanizminin necə işləyəcəyi barədə suallara aydınlıq gətirib: "Hazırda ölkəmizdə 17 yaşınadək olan uşaqların sayı 2 milyon 614 min nəfərdir. Uşaq pulunun bərpası və onun differensial şəkildə tətbiqini məqsədəuyğun hesab edirik. Yaşına görə xərcin məbləğindən asılı olaraq uşaq pulu üçün ödənilən vəsaitin həcmi də dəyişə bilir. Təklif etidyimiz mexanizmə görə, uşaq pulunun məbləği 3 yaş qruplarına görə qruplaşdırılır. 3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. 3 yaş daxil olmaqla bu yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Belə ki, yaşı tamam olmayan uşaqların sayı 144 min nəfər, 1 yaşda olanlar 157.8 min nəfər, 2 yaşda olanlar 164.4 min nəfər və 3 yaşı tamam olanlar 168.2 min nəfərdır. 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaq pulunun məbləği 50 milyon 752 min manat edir.

Digər differensial uşaq pulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşqaları əhatə edir. Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Bu yaş qrupunda ölkəmizdə 516.8 min uşaq var. Belə ki, 170.7 min uşağın 4, 172.3 min uşağın 5 və 173.8 min uşağın isə 6 yaşı var. Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdlr.

Digər uşaq pulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Hazırda 1 milyon 462 min 800 məktəbli var. Bu yaş üzrə uşaqların sayı belədir: 7 yaş 163.3 min, 8 yaş 149.8 min, 9 yaş 150 min, 10 yaş 124.7 min, 11 yaş 121 min, 12 yaş 120.8 min, 13 yaş 121.1 min, 14 yaş 132.3 min, 15 yaş 126.9 min, 16 yaş 124.2 min, 17 yaş 129.4 min məktəbli. Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq uşaq pulun məbləği 58 milyon 512 min manat edir".

Eksert bildirib ki, bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat edir: "Bu illik 1 milyard 612 milyon manat deməkdir. Bəzi uşaqların müavinət aldığını nəzərə alsaq məbləğ nisbətən aşağı olacaq. Məsələn, 58.4 min uşaq fiziki imkanları məhdud olduğu üçün sosial müavinət alır. Tətbiq etdiyimiz mexanizmdə illik məbləğ nisbətən böyük görsənə bilər, amma biz bu məbləğin ödənilməsi yollarını da təklif edirik. Əvvəlla, bu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır. Bu o deməkdir ki, təklif edilən illik uşaq pulu məbləği ümumi büdcə xərclərimizin 6.5 faizini təşkil edəcək. Göründüyü kimi, büdcənin mövcud imkanları və xərci qarşılaya bilər. Bununla belə, büdcə xərclərinin strukturunda dəyişikliklər edib, bu istiqamətə vəsait ayırmaq mümkündür. Özünü maliyyələşdirən rayonların sayını artırmaqla və eləcə də rayonların inzibati birləşdirilməsi yol ilə onların sayını azaltmaqla, ünvanlı sosial yardım alanların özünüməşğull proqramına transfer etməklə və ölkəmizdə son illər infrastrukturun inkişaf etməsi səbəbindən büdcənin investisiya xərclərinin optimallaşdırmaqla uşaq pullarının ödənilməsi üçün vəsaitin ayrılmasını təklif edirik".

Oxunub: 543
Oxşar xəbərlər
SON XƏBƏRLƏR