» » Ekspert: Hərbi sənayemiz gəlir gətirir

Ekspert: Hərbi sənayemiz gəlir gətirir

Müdafiə sənayesində aparılan islahatlar zamanla ayaqlaşır və idarəçilik fəaliyyətinin mükəmməlləşdirilməsinə yönəlib: bu islahatlar prezident İlham Əliyevin sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin bazasında yaradılan “Azərsilah” ASC-nin istehsal olunan və satılan hərbi təyinatlı məhsullardan dövlətə müəyyən gəlir qazandırmasına imkan verəcək.

Djb.az Media.Az-a istinadən xəbər verir ki, bu haqda hərbi analitik, ehtiyatda olan polkovnik Şair Ramaldanov açıqlama verib.

Onun sözlərinə görə, hərbi sənayenin yaradılmasının ilk mərhələsində dövlət bu dövlət müəssisəsini dotasiya ilə dəstəkləyirdi. İndi isə vəziyyət tamamilə dəyişib. Hərbi sənaye təxminən 200 adda hərbi təyinatlı məhsullar bazara çıxarır.

“Bu gün bizim hərbi sənaye elə səviyyəyə çatıb ki, təkcə daxili tələbi ödəmir, müəyyən gəlir götürür. Halbuki əvvəllər nazirlik dövlətin dotasiyasını alırdı, büdcədən vəsait ayrılırdı”, - deyə Ş.Ramaldanov bildirib.

Qeyd edək ki, Azərbaycan dövlət başçısının “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 14 yanvar 2019-cu il tarixli fərmanına əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha da təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədilə Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC yaradılır.

Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən – Azərbaycan Respublikası prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

Mahiyyət baxımından, “Azərsilah” ASC-nin yaradılması Azərbaycan prezidentinin yanvarın 11-də 2018-ci ilin sosial-iqtisadi inkişafına dair yekunları və qarşıya qoyulan tapşırıqlarla bağlı Nazirlər Kabinetinin iclasında elan etdiyi struktur islahatlarında nəzərdə tutulmuşdu.

“Hal-hazırda struktur islahatlarının aparılacağı gözlənilir, belə ki, idarəçilik strukturu artıq köhnəlib. Yeni – daha çevik, daha kompakt və daha məqsədyönlü struktura ehtiyac var”, - deyə İ.Əliyev bildirib.

Bu arada, Ş.Ramaldanov qeyd edib ki, yeni təşkilatın açıq səhmdar cəmiyyətə çevrilməsi ilə onun strukturu da dəyişib və analitiklərin proqnozlarına görə, bu idarəçilik fəaliyyətini mükəmməlləşdirməyə və sadələşdirməyə, səhmləri satışa çıxarmağa, əlavə investisiya cəlb etməyə, müəyyən normativ sənədləri nəzərə almaqla, bürokratik əngəlləri aradan qaldırmağa və xarici korporasiyalarla əməkdaşlığa geniş imkanlar yaradacaq.

Ehtiyatda olan polkovnik beynəlxalq təcrübədə hərbi məhsullar istehsal edən müəssisələrin səhmdar əsaslarda fəaliyyət göstərdiyinə diqqət çəkib.

O əlavə edib ki, ASC-nin yaradılması hökumətin bu sahəni “başlı-başına” buraxacağı anlamına gəlməməlidir: ümumi idarəçilik yenə də dövlətin çiyinlərinə düşəcək, “Azəsilah” ASC-nin rəhbərliyinin təyinatı isə prezidentin müstəsna səlahiyyətinə daxil olacaq.
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728