» » Dollara qarşı mübarizə yolu: Daha çox dollar qazan…

Dollara qarşı mübarizə yolu: Daha çox dollar qazan…

Dollara qarşı mübarizə yolu: Daha çox dollar qazan…
Hazırda çox fərqli regionlarda ABŞ dollarından imtina edilməsi və ikitərəfli xarici ticarət əməliyyatlarında milli valyutadan istifadə edilməsi müzakirə olunur.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov qeyd edib. Ekspert bildirib ki, bir müddət öncə bu məsələdə Rusiya və İran daha aktiv görünürdürsə, indi Türkiyə dollardan imtinaya daha çox çağırış edir:

“Əvvəlki dövrlərdə də dollardan imtinaya cəhdlər olub və etiraf etmək lazımdır ki, bu cəhdlərin hamısı uğursuz nəticələnib. Hazırda dünya aktivlərinin 62.7 faizi dollarda, 20.2 faizi avroda saxlanılır. Sonrakı iki yeri bölüşən Yaponiya və Britaniya milli valyutalarının rezerv səbətində payı ayrı-ayrılıqda 5 faizə belə çatmır. Strateji məhsulların da dollarla satıldığını nəzərə alsaq, ABŞ valyutası yalnız dünya rezervlərində deyil, eyni zamanda, qlobal ticarətdə hegomonluğunu qoruyub saxlayır”.

Ekspert bildirib ki, dollardan imtinanın hələlik real olmaması yalnız ABŞ pulunun hegemonluğu ilə bağlı deyil:

“Baxmayaraq ki, bunun özü də vacib faktordur. İnkişaf etməkdə olan ölkələr milli valyutalarda xarici ticarət əməliyyatları aparmaq istəsələr belə, öz pullarını dollar üzərindən konvertasya etməlidirlər. Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr yığımlarında dolların payını azaltmaq istəsələr belə, alternativ olaraq avrodan istifadə edilməlidir. Bu isə o deməkdir ki, Qərb valyutasından imtina hələlik mümkün deyil. Bu baxımdan dollardan imtina cəhdləri daha çox psixoloji və əksər hallarda daxili auditoriyaya ünvanlanan ideoloji mesajlardır. İnkişaf etməkdə olan ölkələr yalnız iqtisadiyyatını inkişaf etdirərək daha çox dollara sahib olmaqla dollara qarşı mübarizə apara bilərlər”.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930