» » SOCAR-dan Türkiyədəki sərmayələri ilə bağlı AÇIQLAMA: “İlin sonunda biləcəyik”

SOCAR-dan Türkiyədəki sərmayələri ilə bağlı AÇIQLAMA: “İlin sonunda biləcəyik”

SOCAR-dan Türkiyədəki sərmayələri ilə bağlı AÇIQLAMA: “İlin sonunda biləcəyik”
“Bəzi gəlirlərimiz həm dollarla, həm də lirə ilə həyata keçirilir. Ona görə də ehtimal ki, öhdəliklərimiz bir tərəfdən arta, bir tərəfdən də azala bilir. Bunların bir-birini necə tarazlaşdırmasını ilin sonunda biləcəyik. Çünki ilin sonuna qədər çox şey dəyişə bilər”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov türk lirəsinin dollara nisbətən dəyərdən düşməsinin SOCAR-ın Türkiyədəki sərmayələrinə təsirini şərh edərkən deyib.


SOCAR rəsmisi bildirib ki, gəlirlərin bəziləri lirə, bəziləri dollarla əldə edilir.

“Lirənin kursunun azalması birmənalı gəlir itkisi demək deyil. Çünki ölkələr üzrə gəlirlərimizin bəzilərini dollarla, bəzilərini isə lirə ilə əldə edirik. Hər il SOCAR maliyyə hesabatını gəlirlərlə birlikdə təfsilatı ilə hazırlayır. Bu il də eyni hal baş verəcəyi üçün orada hər şey açıqlanacaq”.

Qeyd edək ki, türk lirəsi dollar qarşısında durmadan ucuzlaşır. Ekspertlər bunun qonşu ölkələrə təsirini istisna etmirlər.

Bildirilir ki, Azərbaycan Dövlət Neft Fondunun və Azərbaycan Dövlət Neft Şirkətinin Rusiya və Türkiyəyə sərmayə yatırması Azərbaycan tərəfi üçün xoş sürprizlə qarşılanmaya bilər.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930