» » Bakıda şok: milyonluq villa 1 manata satılır – Foto

Bakıda şok: milyonluq villa 1 manata satılır – Foto

Bakıda şok: milyonluq villa 1 manata satılır – Foto

Dəqiq qiyməti və dəyəri məlum olmayan 9 otaqlı məhtəşəm villa cəmi 1 manata satışa təqdim edilib.

Axar.az xəbər verir ki, Yeni Saray qəsəbəsi, Ceyranbatan gölü ilə üzbəüz, 10,6 sotun içində 4 mərtəbəli villanın sahibi satışla əlaqədar “Əmlak.az” saytında elan yerləşdirib. Elanda ev haqqında məlumat və onun qiyməti barədə məlumat verilib.

Marağa səbəb olan isə 4 mərtəbəli, 9 otaqlı, həyətində dincəlmək üçün xüsusi məkanı olan villaya qoyulan qiymətdir. May ayının 23-dən etibarən sayta yerləşdirilən əmlakın qiyməti elə ilk gündən 1 manat kimi qeyd edilib.

Elana cəmi 121 baxış olub.

Xatırladaq ki, Azərbaycanda ilk olsa da, dünyada belə satış praktikasından istifadə edilir. Belə ki, milyonlarla dəyəri olan mülk müəyyən dövr ərzində simvolik qiymətə satışa təqdim edilir. Evi əldə etmək istəyənlərin (bir şəxs istədiyi qədər sifarişçi ola bilər) sayı mülk sahibini qane edən səviyyəyə qatdıqdan sonra onların arasında onlayn lotereya oynanılır.

Qalib bir manata villaya sahib olur, villa sahibi isə lotereyadan toplanan vəsaitlə mülkünün dəyərini əldə edir.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930