dini radikalizm və ekstremizmlə mübarizə

Bakı Şopinq Festivalı iştirakçılarına hədiyyəli alış-veriş imkanı yaradır

Bakı Şopinq Festivalı iştirakçılarına hədiyyəli alış-veriş imkanı yaradır
Bakı Şopinq Festivalı öz iştirakçılarına sərfəli, rəngarəng və bol hədiyyəli ailəvi alış-veriş imkanı yaradır.

Festivalın Mətbuat xidmətindən "Report"a verilən məlumatına görə, Bakı Şopinq Festivalında dünyanın bir çox brendləri tərəfindən qadın, kişi, uşaq geyimləri, ətirlər, elektron cihazlar və oyuncaqlar ən sərfəli qiymətlərlə təqdim edilir. Üstəlik, 100 AZN-dən çox alış-veriş etdiyiniz zaman “Tax Free” xidmətindən yararlanaraq xərclədiyiniz məbləğin ƏDV-sinin bir qismini geri ala bilərsiniz.

Bakı Şopinq Festivalının iştirakçıları həm də həftə sonlarını əyləncəli keçirmək şansı qazanırlar. 100 AZN-dən çox alış-veriş etdikdə siz şənbə və bazar günləri saat 13:00-dan 20:00-a qədər Gənclik Mall-da Uğur Çarxı, Park Bulvarda Şopomaniya interaktiv oyununda xallar toplayaraq müxtəlif hədiyyələr əldə edə bilərsiniz.

Bundan başqa, Bakı Şopinq Festivalına qoşulmuş ƏDV ödəyicisi olan mağazalardan 100 AZN-dən çox, sadələşdirilmiş vergi ödəyicisi iştirakçılardan isə 50 AZN-lik alış-veriş etdikdə festivalın onlayn lotereyasında iştirak hüququ qazanırsınız. Lotereyada hər bir iştirakçının iki dəfə uduş əldə etmək şansı var. Festivalın rəsmi saytında yerləşən http://bakushopfest.com/lottery/index.php?p=etrafli/az lotereya səhifəsində qeydiyyatdan keçərkən ilk mərhələ aktivləşir və sizin hədiyyə qazanıb-qazanmadığınız məlum olur. Bu mərhələdə uduş əldə edib-etməməyinizdən asılı olmayaraq mayın 31-də keçiriləcək tirajlı lotereyada iştirak edəcəksiniz. Tirajlı lotereya zamanı baş sponsor "Nurgun Motors"dan "Nissan Sunny", festivalın digər sponsorları – "Baku Electornics", "Bravo" hipermarketi və Park Bulvardan soyuducu, paltaryuyan maşın, tozsoran, televizor və digər dəyərli hədiyyələr qazanmaq imkanı əldə edirsiniz.

Festivalın bitməyə beş gün qaldı. Bakı Şopinq Festivalından alış-veriş edin, ailənizin sevincinə sevinc qatın!

Oxunub: 620
Oxşar xəbərlər
SON XƏBƏRLƏR