dini radikalizm və ekstremizmlə mübarizə

Qida Təhlükəsizliyi Agentliyi idxal olunan qida məhsullarına nəzarət edəcək

Qida Təhlükəsizliyi Agentliyi idxal olunan qida məhsullarına nəzarət edəcək



"İyulun 1-dən idxal olunan bitki və heyvan mənşəli qida məhsullarına nəzarət funksiyasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək".

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.
Onun sözlərinə görə, həmin məhsulların fitosanitar sertifikatları ilə təmin olunması da Agentlik tərəfindən həyata keçiriləcək.
O bildirib ki, idxal edilən baytarlıq preparatlarının satışı və dövriyyəsini Kənd Təsərrüfatı Nazirliyi icra edəcək: "Həmin preparatların keyfiyyətinə isə Agentlik nəzarət edəcək. Yekunda həmin məhsulların istifadəyə yararlı olub-olmaması barədə qərar qəbul ediləcək".

Oxunub: 1 009
Oxşar xəbərlər
SON XƏBƏRLƏR