» » “Kapital Bank” Cocuq Mərcanlıda!

“Kapital Bank” Cocuq Mərcanlıda!

“Kapital Bank” Cocuq Mərcanlıda!
Bildiyiniz kimi 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyi düşməndən azad edildi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi tam bizim nəzarətimizə keçdi. Ölkə prezidenti İlham Əliyev kəndin yenidən qurulması üçün prezidentin ehtiyat fondundan vəsait ayırdı və 2017-ci ildə “Böyük qayıdış” devizi altında həmin kəndə köç başladı.

Axar.az xəbər verir ki, Azərbaycanın bütün rayonlarında xidmət nöqtələri olan “Kapital Bank” Cocuq Mərcanlı sakinlərinə də xidmət göstərməyə başladı. Ötən ay həmin kəndə “Kapital Bank” ın bankomatı quraşdırılıb.

Kapital Bank tərəfindən 2017-ci il ərzində cəbhəyanı zonada yerləşən Ağdam, Tərtər, Ağcabədi və Füzuli filialları yeniləyərək müştərilərin ixtiyarına verilib. Yenilənən filiallar müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, hazırda dövriyyədə “Kapital Bank”ın 3 milyona yaxın ödəniş kartı vardır. Müştərilərə daha effektiv xidmət göstərilməsi üçün, həmçinin məlumat mərkəzi həftənin bütün günləri fasiləsiz işləyir. “Kapital Bank” ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Oxşar xəbərlər
AYDIN`ULUSOY-un`Baxış`bucağı
AYDIN`ULUSOY-un`Baxış`bucağı
İnsanlar uzun illər yatacaqlar - Rusiyadan SENSASİYALI ARAŞDIRMA Rusiyalı elm adamları uzunmüddətli planetlərarası uçuşlar Читать далее
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
Türkmənlərin Bakıya axını: hamam dəsmalı satıb dollar aparırlar Son bir neçə aydırtürkmənlərinBakıya axını başlayıb. Читать далее
NURAY DƏNİZ-in Maraq otagı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otagı silsiləsindən
Valideynlər! Bu yazıya DİQQƏT EDİN! Uzun illərdir insanlar üzərində aparılan təcrübələr, vurulan peyvəndlər barədə məqalələr Читать далее
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
Azyaşlı 2 qızı zorlandı, İŞİD üzvünə ərə verildi, dəfələrlə... - Bakı sakininin Suriya DƏHŞƏTİ Bakı sakini Pərvanə Читать далее
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031