dini radikalizm və ekstremizmlə mübarizə

İqtisadiyyat Nazirliyindən sahibkarlara - Müraciət

İqtisadiyyat Nazirliyindən sahibkarlara - Müraciət
İqtisadiyyat Nazirliyi sahibkarlara müraciət edib.

Nazirlikdən Axar.az-averilən məlumata görə, müraciətdə deyilir:

"Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlb olunması üçün nəzərdə tutulan layihələrin qəbulunu davam etdirir.

İnvestisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır. İnvestisiya layihələri texniki iqtisadi əsaslandırma (Biznes Plan) ilə birlikdə təqdim edilməlidir".

Oxunub: 1 395
Oxşar xəbərlər
SON XƏBƏRLƏR