» » Azərbaycanın energetika naziri OPEC-in Vyana toplantısında iştirak edəcək

Azərbaycanın energetika naziri OPEC-in Vyana toplantısında iştirak edəcək

Azərbaycanın energetika naziri OPEC-in Vyana toplantısında iştirak edəcək
Azərbaycanın energetika naziri Natiq Əliyev dekabrın 10-da Vyanada (Avstriya) keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və digər neft hasil edən ölkələrin konfransına dəvət alıb. Görüş dekabrın 10-da baş tutacaq.
Məlumata görə, görüş zamanı rəsmilər hasilatın azaldılması ilə bağlı məsələləri müzakirə edəcəklər.
Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, N.Əliyev tədbirdə iştirak edəcək.
Xatırladaq ki, daha əvvəl görüşün Moskvada (Rusiya) baş tutacağı bildirilsə də, sonradan planlar dəyişib. Daha əvvəl isə görüşün dekabrın 9-da Dohada (Qətər) keçiriləcəyi ilə bağlı xəbər yayılmışdır.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031