dini radikalizm və ekstremizmlə mübarizə

Vergilər Nazirliyi yanında yeni departament yaradılıb

Vergilər Nazirliyi yanında yeni departament yaradılıb
Azərbaycan Respublikası prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur - Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

Bu barədə Oxu.Az-a Vergilər Nazirliyindən məlumat verilib.

Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət siseminin təkmilləşdirilməsidir.

Oxunub: 678
Oxşar xəbərlər
SON XƏBƏRLƏR