» » Azərbaycanda "quş qripi" ilə bağlı aparılan müayinələr başa çatıb və nəticələri açıqlanıb.

Azərbaycanda "quş qripi" ilə bağlı aparılan müayinələr başa çatıb və nəticələri açıqlanıb.

 Azərbaycanda "quş qripi" ilə bağlı aparılan müayinələr başa çatıb və nəticələri açıqlanıb.
“Quş qripi”nə görə aparılan növbəti monitorinq başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 28-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində DBNX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq başlanıb.

Nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də dənizsahili zonalarda həyata keçirilib. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülüb.

“Quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 26 baş çöl quşlarının patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1753 baş ev quşlarının qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

DBNX bildirir ki, müayinələr başa çatıb və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməyib. Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031