dini radikalizm və ekstremizmlə mübarizə

SETS - SƏTƏMM idarəetmə sistemi üçün proqram təminatı

SETS - SƏTƏMM idarəetmə sistemi üçün proqram təminatı
SETS- Safety Event tracking Software

Biz Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsini idarə etmək üçün verilənlər bazası əsasında qurulmuş proqram təminatını təklif edirik. Bu proqramın köməkliyi ilə Siz ümumi sistemin keyfiyyətini yüksəltməklə yanaşı, sistemin idarə edilməsinə ayrılan vaxta da külli miqdarda qənaət etmiş olacaqsınız. Daha heç bir xüsusi formalara və qeyd kitabçalarına ehtiyac olmayacaq. Bu proqram təminatı sizin bütün Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi idarəetmə sisteminizi kompüterdə bir yerdə cəmləşdirəcək.

İdarəetmə və ətraf mühitin qorunmasını, sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verərək təaliyyət göstərməyinizi təmin edən bu proqram təminatı istifadədə çox asan, güclü, səmərəli, şəbəkə əsasında qurulmuş bir proqram təminatıdır. Bu proqram təminatında baş vermiş hadisələrin, yoxlamaların, hesabatlarının, müşahidələrin qeydiyyatını aparmağa və statistikasını təyin etməyə imkan verən müxtəlif modullar var. Bu modullar həmçinin aşağıdakıları yerinə yetirməyə imkan verir:

Baş idarəçilər, menecerlər və təhlükəsizlik mütəxəssisləri əsas təhlükəsizlik meyarlarına baxır və nəzarət edir;

Təşkilatlar işə aid olan hadisələr haqqında məlumatları toplayaraq hadisələrin məruzə və təhqiqat modulunda analiz edir;

Təşkilatlarda bütün maraqlı tərəflərə aid hər bir iş sahəsində baş vermiş hadisələr məruzəsi toplanır;

Təşkilatlar təhlükəli şəraitləri müəyyənləşdirməli, təhlil etməli və dərhal aradan qaldırmalıdırlar. Təhlükəli şəraitin erkən aşkarlanması gələcəkdə daha ciddi hadisələrin baş verməsinin qarşısını almaga imkan verir;

Hadisələr, təhlükələrin qiymətləndirilməsi, təhlükəsiz iş şəraiti, təhlükəsizlik fəaliyyəti və yoxlamalar üçün planlar qurur.

Təhlükəsizliyin idarə edilməsi proqram təminatının tətbiqində biz Sizə əvvəldən sona qədər yardımçı olacağıq.
_____________________________________________________________________________________________________________________

SƏTƏMM idarəetmə sistemi üçün hazırlanmış bu proqram təminatının müəllifi SƏTƏMM üzrə 10 ilə yaxın təcrübəsi olan Elşad Qəniyevdir.

hse.az

Oxunub: 1 035
Oxşar xəbərlər
SON XƏBƏRLƏR