dini radikalizm və ekstremizmlə mübarizə

Valideyn himayəsindən məhrum olmuş şəxslərə iş veriləcək

Valideyn himayəsindən məhrum olmuş şəxslərə iş veriləcək
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin, peşə hazırlığı və işə düzəldilməsi həyata keçiriləcək.

Modern.az-ın məlumatına görə, bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”qanuna dəyişiklik edilir.

Dəyişikliyə görə, qanunun 8-ci maddəsinin (Əmək hüququ üzrə təminatlar) 5-ci hissəsinin birinci cümləsi - İlk dəfə iş axtaran və müvafiq icra hakimiyyəti orqanında işsiz statusunda qeydə alınmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə mövcud qanunvericiliyə uyğun olaraq işsizliyə görə orta əmək haqqı miqdarında müavinət verilir – ləğv edilir.

Həmçinin qanunun 8-ci maddəsinin 5-ci hissəsinə aşağıdakı dəyişikliklər təklif edilir:

Müvafiq icra hakimiyyəti orqanı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onlar arasında olan şəxslərinpeşə yönümünü, peşə hazırlığını və işə düzəldilməsini həyata keçirir.

Hazırki qanunvericilikdə isə belə qeyd edilib: İlk dəfə iş axtaran və müvafiq icra hakimiyyəti orqanında işsiz statusunda qeydə alınmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə mövcud qanunvericiliyə uyğun olaraq işsizliyə görə orta əmək haqqı miqdarında müavinət verilir. Müvafiq icra hakimiyyəti orqanı bu müddət ərzində həmin kateqoriyadan olan şəxslərin peşə yönümünü, peşə hazırlığını və işə düzəldilməsini həyata keçirir.

Qanun layihəsi qəbul edildiyi təqdirdə 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş sayılacaq.

Oxunub: 786
Oxşar xəbərlər
SON XƏBƏRLƏR