dini radikalizm və ekstremizmlə mübarizə

"Azercell" satıldı - TƏCİLİ

"Azercell" satıldı - TƏCİLİ


"Fintur Holdings" şirkəti "Azertel" şirkətindəki 51,3% payını Azərbaycan Respublikasına aid "Azintelecom"a 221,7 milyon avroya satıb.

Djb.az xəbər verir ki, "Marja"nın əldə etdiyi məlumata görə, artıq müqavilə imzalanıb. "Azercell" şirkətinin təsisçisi “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” şirkətidir (100%). “Azertel”in nizamnamə kapitalının 51.3%-i “Fintur Holdings”ə, 42.2%-i “Cenay İletisim”ə və 6.5%-i Maltanın “FA Invest” şirkətinə aid idi. "Telia Sonera", "Turkcell" və "Fintur" vasitəsilə “Azercell"də paya malik idi. Satınalamadan sonra “Azertel”in nizamnamə kapitalının 51.3%-i “Azintelecom”a, 42.2%-i “Cenay İletisim”ə və 6.5%-i Maltanın “FA Invest” şirkətinə aid olur.

"Telia Sonera", öz bölgəsi olan Şimali Avropa regionuna fokuslanmaq üçün Avrasiyadakı aktivlərini satır. "Telia Sonera"nın Turkcell-də, "Turkcell Holding" vasitəsilə 24 faiz payı var. Bununla yanaşı "Telia Sonera"nın “Fintur Holdings B.V”də 58.55% payı var. “Fintur Holdings”də "Turkcell"in payı isə payı 41.45 faiz səviyyəsindədir.

Beləliklə, "Azercell Telekom" MMC "TeliaSonera" və "Türkcell" ilə yolları ayrıldı.

"AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə yaradılıb. "AzInTelecom" MMC-nın fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində "İnfrastruktur Xidmət kimi" (IaaS) əsaslı xidmətlərdən ibarətdir. "AzInTelecom” MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyində fəaliyyət göstərir.

Oxunub: 827
Oxşar xəbərlər
SON XƏBƏRLƏR