» » Azərbaycanda manatla kreditlər ucuzlaşacaq – RƏY

Azərbaycanda manatla kreditlər ucuzlaşacaq – RƏY

Azərbaycanda manatla kreditlər ucuzlaşacaq – RƏY
Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 15 faizdən 13 faizə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 18 faizdən 16 faizə, aşağı həddi isə 10 faizdən 8 faizə endirilib.

Nəzərə çatdıraq ki, uçot stavkası Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir. Bütövlükdə MDB-də yalnız Tacikistanda uçot stavkası Azərbaycandan 1 faiz yüksəkdir. Digər bütün dövlətlərdə daha aşağı dərəcələr tətbiq edilir.

Mərkəzi Bank sədri Elman Rüstəmov cari il ərzində uçot dərəcəsinə il ərzində yenə baxılacağını və azaldılma istiqamətində qərar qəbul ediləcəyini bəyan edib.

Qeyd edək ki, faiz dəhlizinin parametrləri AMB-nin İdarə Heyətində növbəti dəfə 2018-ci ilin aprel ayında müzakirə ediləcək.

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, depozit faizlərinin kəskin azaldığını, aşağı səviyyəli inflyasiyanın hədəfləndiyini, hətta depozit hərraclarında da faizin aşağı düşdüyünü nəzərə aldıqda, Azərbaycan Mərkəzi Bankının yüksək stavkaya üstünlük verməsinin səbəblərini izah etmək çətindir:

“Azərbaycanda sığortalanan depozit faizləri manatla 15, xarici valyutada isə 3 faiz təşkil etsə də, reallıqda bu rəqəm daha aşağıdır. İnflyasiya səviyyəsi aşağı düşüb. İnflyasiyanın azalması Mərkəzi Bankın uçot dərəcəsinə yenidən baxmasını gündəmə gətirib”.

V.Bayramova görə, uçot dərəcəsinin yüksək olması pul-kredit siyasətinin bahalı olmasına şərait yaradır:

“Bahalı kredit siyasətinin yumşaldılması üçün uçot stavkasının endirilməsi mütləq idi. İlkin mərhələdə uçot dərəcəsinin 15 faizdən 12 faizə endirilməsini təklif edirdik. Mərkəzi Bank uçot dərəcəsinin mərhələli şəkildə azaldılmasına baxa bilər.

Bu, 2018-ci ildə inflyasiya dərəcəsindən asılı olacaq. Burada kredit faizləri də rol oynayacaq. Lakin daha məqsədəuyğundur ki, Mərkəzi Bank uçot stavkası ilə kredit faizlərinə təsir göstərsin. Çünki uçot stavkası mərkəzləşdirilmiş kreditlərin bölüşdürülməsi üzrə faiz dərəcəsidir. Uçot stavkasının azaldılması iqtisadiyyata daha ucuz kreditlərin yönəldilməsinə şərait yarada bilər”.

V.Bayramov deyir ki, inflyasiya hədəflənən səviyyədə olarsa, ilin sonuna qədər Mərkəzi Bank tərəfindən birrəqəmli uçot dərəcəsinə nail olunacaq.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031