dini radikalizm və ekstremizmlə mübarizə

Neft Fondu Mərkəzi Banka dörd milyard manata yaxın vəsait ayırıb

Neft Fondu Mərkəzi Banka dörd milyard manata yaxın vəsait ayırıb
Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası çərçivəsində 6 100,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Oxu.Az xəbər verir ki, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 105,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70,0 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 20,5 milyon manat vəsait ayrılıb.

17,0 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib.

Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə 3 949,5 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilib. “Star” neft emalı kompleksinin tikintisinə 735,4 milyon manat vəsait ayrılıb.

2017-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərclər 18,1 milyon manat təşkil edib.

Oxunub: 874
Oxşar xəbərlər
SON XƏBƏRLƏR