dini radikalizm və ekstremizmlə mübarizə

Dövlət istiqrazları üzrə hərracda tələb təklifi 2,7 dəfə üstələyib

Dövlət istiqrazları üzrə hərracda tələb təklifi 2,7 dəfə üstələyib
Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104001687 ISIN-li, 35 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report”un BFB-yə istinadən verdiyi xəbərə görə, hərraca 18 investor 35 sifariş təqdim edib. Sifarişlərin qiyməti 85,7 manat (16,778%) - 88,943 manat (12,5%) arasında olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği isə 95 291 900 manat təşkil edib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 87,7784 manat (13,9999%), orta ölçülmüş qiyməti 87,952 manat (13,7738%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 35 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 22 yanvar 2019-cu ildir.

Oxunub: 791
Oxşar xəbərlər
SON XƏBƏRLƏR