dini radikalizm və ekstremizmlə mübarizə

Ucar-Zərdab və Zərdab-Ağcabədi yolunun yenidən qurulması məqsədilə tender elan edilib

Ucar-Zərdab və Zərdab-Ağcabədi yolunun yenidən qurulması məqsədilə tender elan edilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ucar-Zərdab (0,00 km – 37,00 km) və Zərdab-Ağcabədi (37,00 km – 70,5 km) yolunun yenidən qurulması məqsədilə tender elan edib.

Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan hökuməti İkinci Yol Şəbəkəsinin İnkişafı üzrə İnvestisiya Proqramı – Tranş- 1 çərçivəsində xərclərin ödənilməsi məqsədilə Asiya İnkişaf Bankından (AİB) kredit vəsaiti alıb. Bu kredit vəsaitinin bir hissəsi hər iki yolun yenidən qurulmasına yönəldiləcək.

İddiaçılar tender təklifini bu ilin martın 2-nə qədər təqdim edilməlidir.

Beynəlxalq rəqabətli tender AİB-in tək mərhələli iki zərfli tender proseduruna uyğun həyata keçiriləcək və tender sənədində göstərildiyi kimi iştirak hüququna malik ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır.

Tender sənədlərini ingilis dilində almaq üçün iddiaçılar bank hesabına nağd və ya birbaşa depozitlə 500 manat (beş yüz manat) və ya 300 ABŞ dolları (üç yüz ABŞ dolları) məbləğində əvəzi ödənilməyən ödənişlə müraciət etməlidirlər.

Oxunub: 853
Oxşar xəbərlər
SON XƏBƏRLƏR