» » Ötən ay 65 min avtomobil icbari sığortaya cəlb olunub

Ötən ay 65 min avtomobil icbari sığortaya cəlb olunub

Ötən ay 65 min avtomobil icbari sığortaya cəlb olunub
2016-cı ilin noyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 64 961 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

DJB.az xəbər verir ki, İSB-dən "APA-Economics"ə verilən məlumata görə, ötən ay ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,2 milyon manatdan çox olub. 2015-ci ilin noyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 12,1%, sığorta haqlarının məbləğində isə 14,5% azalma müşahidə edilib. Noyabr ayında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin sentyabr ayı ilə müqayisədə 2,5% azalaraq 80,3 manat təşkil edib.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031