dini radikalizm və ekstremizmlə mübarizə

Vahid Əhmədov: “Maliyyə nəzarəti haqqında” qanunun qəbulu ləngidilir

Vahid Əhmədov: “Maliyyə nəzarəti haqqında” qanunun qəbulu ləngidilir
Azərbaycanda büdcəyə nəzarətin artırılması, maliyyə şəffaflığının təmin edilməsi və bu prosesin sürətləndirilməsi üçün “Maliyyə nəzarəti haqqında” qanun layihəsinin müzakirələrə çıxarılmasına və qəbuluna çox ciddi ehtiyac var.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Millət vəkili qeyd edib ki, deputat həmkarı Əli Məsimli ilə hələ bir neçə il bundan öncə adıçəkilən qanun layihəsinin ilkin variantını hazırlayıb və parlamentə təqdim ediblər.

“Biz dəfələrlə bu məsələni həm parlamentin plenar, həm də üzvü olduğumuz komitənin iclaslarında dilə gətirmişik və qeyd etmişik ki, ölkədə büdcə, maliyyə şəffaflığını təmin etmək üçün mütləq belə bir sənəd qəbul olunmalıdır. Biz hətta qanun layihəsinin ilkin variantını da hazırlamışıq. Ancaq çox təəssüflər olsun ki, üstündən neçə illər keçsə də, sözügedən qanun layihəsinin müzakirələrə çıxarılması və qəbulu uzadılır. Bununla belə, biz yenə də öz təklifimizdə, tələbimizdə israrlıyıq və israrlı olacağıq. Maliyyə nəzarəti ilə bağlı qanunun qəbulu vacibdir və bu məsələ öz müsbət həllini tapmalıdır”, - deyə V. Əhmədov sözlərinə əlavə edib.

Oxunub: 804
Oxşar xəbərlər
SON XƏBƏRLƏR