dini radikalizm və ekstremizmlə mübarizə

ƏƏSMN: “İşsizlikdən Sığorta Fondunun ayrıca aparatının yaradılmasına ehtiyac yoxdur”

ƏƏSMN: “İşsizlikdən Sığorta Fondunun ayrıca aparatının yaradılmasına ehtiyac yoxdur”
“İşsizlikdən Sığorta Fondu üçün qurum kimi aparatının yaradılmasına ehtiyac yoxdur”.

Bunu “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O bildirib ki, “İşsizlikdən sığorta haqqında” qanunda nəzərdə tutulan qaydada sığortaolunan və sığortaedən tərəfindən sığortaçıya ödənilməli olan sığorta haqqının uçotu, hesablanması və toplanması funksiyası Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu, toplanmış vəsaitlərin xərclənməsi isə Dövlət Məşğulluq Xidməti tərəfindən tərəfindən həyata keçirilir.

Nazirlik rəsmisi bu səbəbdən İşsizlikdən Sığorta Fondunun ayrıca qurum kimi aparatının yaradılmasına ehtiyac olmadığını qeyd edib.
Qeyd edək ki, İşsizlikdən Sığorta Fondu bu il fəaliyyətə başlayıb. Fondun 2018-ci il büdcəsinin gəlirləri və xərclərinin hər biri 89,04 mln. manat məbləğində olacaq.

Oxunub: 725
Oxşar xəbərlər
SON XƏBƏRLƏR