dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan iqtisadiyyatının 2018-ci ildə gözlənilən YENİLİKLƏRİ

Azərbaycan iqtisadiyyatının 2018-ci ildə gözlənilən YENİLİKLƏRİ
2018-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) 2-4% artması planlaşdırılır.

Bu barədə Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.

İqtisadçı-deputatın sözlərinə görə, bu ilin büdcə gəlirlərinin də keçən ilə nisbətən 20% artıq olacağı proqnozlaşdırılıb:
“2018-ci ildə qeyri-neft sektorunun ÜDM-də payının 70%-i keçməsi gözlənilir. Həmçinin, bu il TANAP layihəsinin işə düşməsi və Türkiyə bazarına illik 6 milyard kub metr qazın ixracına başlanması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Bu hadisə 2020-ci ilə qədər Azərbaycan qazının Avropaya çatıdırılmasına mühüm mərhələ olacaq”.

Parlament üzvü bu il ərzində fəaliyyətə başlayacaq iri müəssisələrdən də söz açıb:

“Sumqayıt Kimya Sənayesi Parkında Azərbaycanda son 40 il ərzində növünə və miqyasına görə həyata keçirilən ilk neft-kimya layihəsi olan SOCAR Polymer zavodu fəaliyyətə başlayacaq. Zavodda illik 120 min ton yüksək sıxlıqlı polietilen və 180 min ton polipropilen istehsalı nəzərdə tutulur. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması planlaşdırılır.
Bundan başqa, 2018-ci ildə Türkiyədə istismara verilməsi planlaşdırılan STAR neftayırma zavodu yaxın 10 il ərzində illik 10 milyon ton yanacaq istehsalı gücü ilə Mərkəzi və Şərqi Avropa ölkələrində ən yeni texnologiyalı zavod olacaq.
Bu il Hacıqabulda sənaye məhəlləsi yaradılacaq, Mingəcevir Yüngül Sənaye Parkında yeni müəssisənin açılışı planlaşdırılır. Kənd Təsərrüfatında görülən tədbirlər, suvarılan torpaqlarının sahəsinin artması 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalını və ixracını artıracaq. Bütün bu yeniliklər isə yeni iş yerlərini yaradılmasına, əhalinin yaşayış səviyyəsinin artmasına və iqtisadi aktivliyin artmasına səbəb olacaq”.

Oxunub: 670
Oxşar xəbərlər
SON XƏBƏRLƏR