dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyada gündəlik neft hasilatı 30 illik maksimuma çatıb

Rusiyada gündəlik neft hasilatı 30 illik maksimuma çatıb
2017-ci ildə Rusiyada neft hasilatının artımı davam edib və orta hesabla 10,98 mln. barel/günlə son 30 ilin maksimal həddinə çatıb.

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumatı Rusiya Enerhetika Nazirliyi yayıb.

Məlumata əsasən, 2017-ci ildə neft hasilatının illik artım tempi 2016-cı illə müqayisədə Rusiyanın OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmada iştirak etməsi səbəbindən azalıb.

Energetika Nazirliyinin məlumatında qeyd edilir ki, 2016-cı ildə Rusiyada orta illik neft hasilatı 10,96 mln., 2015-ci ildə isə 10,72 mln. barel/gün olub. Rusiyanın energetika naziri Aleksandr Novak 2018-ci ildə OPEC+ anlaşmasının qüvvədə qalması durumunda neft hasilatının 547 mln. ton səviyyəsində qalacağını bildirib. Xatırladaq ki, 2017-ci ildə Rusiya ümumilikdə 546,8 mln. ton neft hasil edib.

Oxunub: 734
Oxşar xəbərlər
SON XƏBƏRLƏR