» » Nazir müavini: Gələn ildən Məşğulluq Fondu formalaşacaq

Nazir müavini: Gələn ildən Məşğulluq Fondu formalaşacaq

Nazir müavini: Gələn ildən Məşğulluq Fondu formalaşacaq
Gələn il yanvarın 1-dən “İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi nəticəsində Məşğulluq Fondu formalaşacaq.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən III Məzun-Karyera Sərgisinin açılışında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Məşğulluq Fondu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə işləyənləri də cəlb etməklə çox saylı aktiv əmək proqramları həyata keçirməyə imkan verəcək:

“Bunlara özünüməşğulluq proqramları, gənclərin subsidiyalı əməkhaqqı ilə işə qəbul edilməsi də aiddir. Artıq bizim gənclər sahəsindəki fəaliyyətimizi genişləndirmək üçün bütün maddi-texniki imkanlar var. Yeganə tələb ali təhsil müəssisələrinin, yaxud gənclərin bu kimi proqramlara maraq göstərməsidir”.

Nazir müavini əlavə edib ki, bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkənin 9 ali təhsil müəssisəsində məzun-karyera yarmarkası keçirilib. Bu yarmarkalarda tələbələrə 5000-dən çox vakant iş yeri təqdim edilib.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031