» » Nazir Səlim Müslümov müharibə veteranları və əlillərlə görüşüb

Nazir Səlim Müslümov müharibə veteranları və əlillərlə görüşüb

Nazir Səlim Müslümov müharibə veteranları və əlillərlə görüşüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri”, “20 Yanvar”, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı”, “Azərbaycan Vətən Müharibəsi Veteranları”, “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi”, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” və “Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliklərinin rəhbər şəxsləri ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bundan əvvəl nazirlikdə “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” İctimai Birliklərinin sədrləri ilə də görüş keçirilib.

Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri və gözdən əlillər, şəhid ailələri və müharibə veteranları ilə bağlı ictimai birliklərin rəhbərləri ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan prezidenti İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına xüsusi diqqət və qayğısının əlil və şəhid ailələrinin, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü addımların atılmasına imkan yaratdığını vurğulayıb.

Nazir bildirib ki, mühüm sosial proqramlardan biri kimi, ötən dövrdə 6,1 min nəfər əlil və şəhid ailəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminatı həyata keçirilib. Mənzillə təmin edilən əlilliyi olan şəxslərin sırasında Qarabağ müharibəsi əlilləri ilə yanaşı, Çernobıl AES əlilləri, gözdən əlillər də var. Dövlət başçısının tapşırığına uyğun olaraq, növbəti illərdə də bu proqram uğurla davam etdiriləcək.

Müharibə əlillərinin minik avtomobilləri ilə təmin olunması tədbirlərini diqqətə çatdıran S.Müslümov qeyd edib ki, bu təbəqədən olan əlillərin, 20 Yanvar və Çernobıl AES əlillərinin sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, onların, habelə şəhid ailələrinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təminatı da həyata keçirilir. Eyni zamanda, I qrup əlilliyi olan şəxslərdən, o cümlədən I qrup gözdən əlillərdən aylıq sosial müavinət alanlara, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə Prezidentin aylıq təqaüdü ödənilir. Müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin uşaqları, müharibə veteranları, o cümlədən Əfqanıstan müharibəsi veteranları aylıq sosial müavinətlərlə təmin edilirlər.

Bütün bu sosial ödənişlərin də ötən dövrdə mütəmadi olaraq artırıldığını bildirən S.Müslümov müharibə əlillərinin, 20 Yanvar, Çernobıl əlillərinin və gözdən əlillərin tibbi-sosial reabilitasiyası sahəsində müvafiq işlərin aparıldığını, onlar üçün reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulduğunu diqqətə çatdırıb. Nazir həmin insanlarla bağlı ictimai qurumlarla sıx əməkdaşlıq həyata keçirildiyini, aidiyyəti qanunvericilik aktlarının təkmilləşdirilməsi işlərində onların da yaxından iştirakına şərait yaradıldığını, onlarla nazirlikdə müntəzəm görüşlərin təşkil olunduğunu qeyd edib. S.Müslümov belə görüşlərin, o cümlədən hazırda keçirilən görüşün müvafiq sahələrdə görülən və planlaşdırılan işlər barədə həmin ictimai birliklərin rəy və təkliflərinin öyrənilməsi baxımından önəmli olduğunu vurğulayıb.

Görüşdə qeyd olunan ictimai birliklərin rəhbərlərinin müraciətləri, eləcə də ayrı-ayrı qanunvericilik aktlarında dəyişiklik edilməsi ilə bağlı təklifləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər müzakirə olunub, səslənən təkliflərlə bağlı müvafiq araşdırmaların aparılması barədə nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031