» » Nazir: “Azərbaycan və İran arasında ticarət dövriyyəsi 58% artıb”

Nazir: “Azərbaycan və İran arasında ticarət dövriyyəsi 58% artıb”

Nazir: “Azərbaycan və İran arasında ticarət dövriyyəsi 58% artıb”
İqtisadiyyat naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.

DJB.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən “APA-Economic”ə verilən məlumata görə, Ş. Mustafayev C. Cahangirzadəni Azərbaycana səfir təyin olunması münasibəti ilə təbrik edib və ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Ş. Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm əhəmiyyətini vurğulayaraq, bu ilin əvvəlində Azərbaycan prezidentinin İrana rəsmi səfəri çərçivəsində 12 sənədin, İran prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində isə 6 sənədin imzalandığını diqqətə çatdırıb. Azərbaycan-İran iqtisadi əlaqələri və həyata keçirilən birgə layihələr barədə danışan iqtisadiyyat naziri bu ilin sonunadək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Azərbaycanda 8,3 km-lik dəmir yolu xəttinin tikintisinin başa çatdırılacağını qeyd edib.

Görüşdə qeyd edilib ki, Azərbaycan və İran arasında iqtisadi-ticarət əlaqələri uğurla inkişaf edir. Bu ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 58% artıb. Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, enerji, neft-qaz, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Bununla yanaşı, İran şirkətləri Azərbaycanda yaradılmış sənaye parklarının imkanlarından da yararlana bilərlər.

Bildirilib ki, noyabrın sonunda İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin Azərbaycana səfəri nəzərdə tutulur və səfər zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

C. Cahangirzadə son dövrlərdə Azərbaycan-İran əlaqələrinin daha da genişləndiyini vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə həmçinin, bu ilin sonunda Azərbaycanda keçirilməsi nəzərdə tutulan Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclasında müzakirə olunacaq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728