» » İcra başçısı məhkəməyə gətiriləcək - Dələduzluq işinə görə

İcra başçısı məhkəməyə gətiriləcək - Dələduzluq işinə görə

İcra başçısı məhkəməyə gətiriləcək - Dələduzluq işinə görə

Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olmuş Teylor İbrahimovun (Fətişoğlu) cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Djb.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılov sədrliyi ilə keçirilən prosesə şahidlər gəlməyib. Məhkəmədə bildirilib ki, şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, onların məhkəmədə iştirakı təmin edilməyib.

Bu səbəbdən də prosesin təxirə salınması ilə bağlı qərar qəbul edilib.

Teylor İbrahimov məhkəmədə qısa çıxış edib: "Mən çalışacam ki şahidlər gəlsin. Həmçinin bu işdə adı keçən Ağdam rayon icra başçısı Raqub Məmmədovun da məhkəməyə şahid kimi çağırılmasını istəyirəm".

Hakim bildirib ki, icra başçısı bu iş üzrə istintaqda şahid kimi dindirilib və onun da növbəti proseslərdə məhkəmədə iştirakı və dindirilməsi təmin ediləcək.

Xatırladaq ki, ötən proseslərdə zərərçəkmişlər qeyd etmişdilər ki, T.İbrahimovun icra başçısı ilə yaxın əlaqələri olub. T.İbrahimovun işə düzəltmək adı ilə aldığı pullardan icra başçısının xəbəri olub.

Məhkəmə oktyabrın 3-də davam edəcək.

Qeyd edək ki, T.İbrahimov sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və 2000-ci ildən Moskvada mühacirətdə yaşayırmış.

T.İbrahimov Bakıda Ağdam Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Xətai RPŞ-yə təhvil verilib.

Teylor Fətişoğlu iri məbləğdə dələduzluqda ittiham olunur. T. İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Digər zərərçəkmiş Zaur Məmmədova isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.

O, 20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda günahlandırılır.

Teylor İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda törədildikdə) ilə təqsirli bilinir.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031