» » "Uğur" yatağından qızıl hasilatına başlanılıb

"Uğur" yatağından qızıl hasilatına başlanılıb

"Uğur" yatağından qızıl hasilatına başlanılıb

Gədəbəy rayonu ərazisində kəşf olunan "Uğur" yatağında hasilat işlərinə başlanılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bu yataqda istehsalın başlanılması şirkətin ümumi hasilatında əhəmiyyətli dəyişikliyə səbəb olub. Belə ki, sentyabrın 1-dən sentyabrın 10-dək qızıl külçəsi formasında orta gündəlik hasilat 212 unsiya təşkil edib. Bu isə ötən ilin orta gündəlik hasilatından 116% çoxdur. “Uğur yatağında tam həcmdə hasilat başlayandan sonra orta gündəlik istehsalın həcmi əhəmiyyətli dərəcədə artacaq”, - deyə məlumatda vurğulanıb.

"Anglo-Asian Mining Plc." şirkətinin baş direktoru Reza Vəziri bu yataqda hasilatın başlanmasını mühüm nailiyyət adlandırıb: “Əminik ki, “Uğur” yatağı şirkətin ən mühüm investisiyalarından biri olacaq. Həqiqətən də qizil istehsalında ciddi artım qeydə alınıb. Əgər ötən ilin 8 ayı ilə müqayisə etsək, istehsal olunan qızılın həcmində 2 dəfə artım qeydə alınıb”.

“Uğur” yatağında hasilatın hesabına bu il şirkət 72 min unsiya qızılın istehsalı ilə bağlı verdiyi proqnoza əməl edə biləcək.

Qeyd edək ki, “Uğur” yatağında 199 min unsiya qızıl, 1049 mln. unsiya gümüş ehtiyatının olduğu ehtimal edilir.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031