» » Dövlət müəssisələri 80 milyon manatlıq elektrik enerjisi işlədib

Dövlət müəssisələri 80 milyon manatlıq elektrik enerjisi işlədib

Dövlət müəssisələri 80 milyon manatlıq elektrik enerjisi işlədib

Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 887,5 mln. kVt saat elektrik və 142,8 min Qkal istilik enerjisindən, 90,1 mln. kubmetr təbii qazdan istifadə edilib.

Djb.az Oxu.Az-a istinadən xəbər verir ki, dəyər ifadəsi ilə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 79,9 milyon manatlıq elektrik, 3,9 milyon manatlıq istilik enerjisi, 18 milyon manatlıq təbii qaz istehlak edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu müəssisələrin elektrik enerjisindən istifadəsi 5,9%, istilik enerjisindən 23,6%, təbii qazdan 3,1% artıb.

Cari ilin yanvar-iyun aylarında ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 9,4 mlrd. kVt saat elektrik enerjisi istehlak edilib.

Ölkədə 11,8 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub, onun 78,9%-i hasilatın, 14,5%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 6,6%-i isə idxalın hesabına formalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ehtiyatların 43,8%-i ölkə daxilində istehlak edilib, 37,4%-i ixrac olunub, 4,5%-i itkiyə gedib, 14,3%-i isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930