Главная > idman > İngiltərə Premyer Liqasında daha 4 koronavirusa yoluxma aşkarlanıb

İngiltərə Premyer Liqasında daha 4 koronavirusa yoluxma aşkarlanıb


28-05-2020, 08:01. Разместил: djbaz

İngiltərə Premyer Liqası futbolçu və klub əməkdaşlarının koronavirus testindən keçirilməsinin 3-cü mərhələsini başa vurub.

Apasport.az saytının məlumatına görə, müayinədə ümumilikdə 1008 oyunçu və əməkdaş yoxlanılıb.

Mayın 25-26-na təsadüf edən yoxlamada dörd test müsbət nəticə verib. Bu isə o deməkdir ki, üç klubu təmsil edən bu “dördlük”də koronavirus aşkarlanıb. Adları açıqlanmayan həmin şəxslər bir həftəlik karantinə alınıb.


Qeyd edək ki, birinci mərhələdə 6, ikincidə 2 test müsbət nəticə verib.
Вернуться назад