Главная > idman > Bu ölkədə də futbol çempionatı bərpa olunur
Bu ölkədə də futbol çempionatı bərpa olunur15-05-2020, 08:50. Разместил: djbaz |
Koronavirus pandemiyasına görə dayandırılan futbol üzrə Estoniya çempionatının taleyinə aydınlıq gəlib. Bu ölkədə yüksək liqanın davam etdirilməsinə qərar verilib. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Xəbərdə liqanın mayın 19-da bərpa olunacağı diqqətə çatdırılıb. Qeyd edək ki, Estoniya çempionatı 1-ci turun oyunlarından sonra dayandırılmışdı. Beləliklə, gələn həftə, mayın 19-da 2-ci turun üç, bir gün sonra isə iki qarşılaşması keçiriləcək. //"Qafqazinfo" Вернуться назад |