Главная > idman > AFFA-nın Nizamnaməsində olan boşluqlar və ziddiyyətlər aradan qaldırılıb

AFFA-nın Nizamnaməsində olan boşluqlar və ziddiyyətlər aradan qaldırılıb


8-01-2020, 11:14. Разместил: djbaz
AFFA-nın Nizamnaməsində olan boşluqlar və ziddiyyətlər aradan qaldırılıb

AFFA-nın növbədənkənar Konfransı qurumun Nizamnaməsinə təklif olunan əlavə və dəyişikliklərlə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, yığıncaqdakı müzakirələr nəticəsində Nizamnamədəki boşluqlar aradan qaldırılıb.

Yekunda aşağıdakı nəticələrə gəlinib:
1. AFFA Nizamnaməsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin ən son tələblərinə uyğunlaşdırılıb.
2. FİFA-nın və UEFA-nın üzv assosiasiyalar üçün müəyyənləşdirdiyi tələblərə uyğunlaşdırılıb.
3. İdarəetmə qaydaları daha da təkmilləşdirilib.
4. AFFA-nın üzvlərinin qurumun fəaliyyəti və idarəetməsində rolu daha da artırılıb.
5. Nizamnamədə olan boşluqlar və ziddiyyətlər aradan qaldırılıb.
6. AFFA-nın daxilində təşkil olunmuş hüquq təqibedici orqanların statusu və səlahiyyət dairəsi daha da konkretləşdirilib.
Вернуться назад