Главная > idman > Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirə ümumilikdə 350 idmanaçı qatılıb.

Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirə ümumilikdə 350 idmanaçı qatılıb.


3-12-2019, 10:00. Разместил: djbaz
Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirə ümumilikdə 350 idmanaçı qatılıb.

İctimaixəbər.com xəbər verir ki, Bakı Boks Mərkəzində Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirə 350 idmanaçı qatılıb. Yarışda Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Əfqanıstandan gəlmiş idmançılar 34 çəki dərəcəsində mübarizə aparıb.
Juboksinq Fedarasiyasının prezidenti Sənan Ağakişiyevin sözlərinə görə yarışda 150 xarıçı komandalarının, 250 yerli komandalarının idmançıları iştirak edib. Turnirdə uğur qazanan idmançılar yığma komandaya daxil olunacaq.
Yarışın açılış mərasımındən sonra final yarışları baş tutub. Həlledici görüşlərdə əksəriyyət Azərbaycan idmançılarının üstünlüyü ilə bitib.
Sumqayıt idmançıları həmişə mötəbər yarışlarda uğurlu nailiyyətlərinə görə seçildiyi kimi bu yarışlarda da öz sözlərini demişdilər. Juboksinq üzrə dünya kubokunda Sumqayıtın qalıb idmançıları sırasında Siab Məsdiyev 66 kq dərəcəsində güləşərək peşəkar kəmər uğrunda mübarizə aparıb və rusiyalı rəqibinə qalib gəlirək Dünya kubokuna və kəmərə sahib oldu.
Çempion Siab Məsdiyev İctimaixəbər.com informasiya portalı olaraq sizə bol-bol uğurlar, qarşıdan gələn yarışlarda qalibiyyətlər arzulayırıq. Həmişə Dünya, Avropa, Olimpia arenalarında Azərbaycanın qürurverici üç rəngli bayrağını dalğalandırıb, himnimizi səsləndirəsiniz

Yeganə Telmanqızı
“İctimaixəbər.com”

Вернуться назад