Главная > idman > Azərbaycan Super Liqasında II turun oyunları başa çatıb
Azərbaycan Super Liqasında II turun oyunları başa çatıb21-10-2019, 09:29. Разместил: djbaz |
Kişi basketbolçular arasında Azərbaycan Super Liqasında II turun oyunları baş tutub. APA-nın məlumatına görə, tur maraqlı və məhsuldar alınıb. Azərbaycan Dövlət Texniki Universitetində keçirilən çempionatda "Atletik" və "Zirvə Astara" ikinci görüşlərini də qələbə ilə bitiriblər. Onlar müvafiq olaraq, "Sıçrayış" və "80-lər"dən güclü olublar. İlk turda uduzan "Gəncə" və "Atom" isə bu dəfə meydandan 2 xalla ayrılıb. Super Liqa II tur "Atletik" - "Sıçrayış" - 65:44 "80-lər" - "Zirvə Astara" - 66:89 "Atom" - "Xırdalan" - 72:64 "Gəncə" - "Sərkərdə" - 81:72 Вернуться назад |